satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan qızıl ixracından gəlirini 54 % artırıb

Azərbaycan qızıl ixracından gəlirini 54 % artırıb

2025-ci ildə Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

NTV  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 54% çoxdur.

Təkcə dekabrda isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,9 % çoxdur.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM