satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 5 dəfəyə yaxın artıb

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 41 min 761,71 ton xam neft ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 19 milyon 543,44 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci il ilin yanvar ayı ilə müqayisədə 4,8 dəfədəyəri isə 4,6 dəfə azdır.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 1,58 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM