satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan yanvarda Azərbaycandan 24 mindən çox xam neft alıb

Yunanıstan yanvarda Azərbaycandan 24 mindən çox xam neft alıb

Bu ilin yanvar ayında Azərbaycan Yunanıstana 24 min 426,62 ton xam neft ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 11 milyon 571,75 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 3,9 dəfə, dəyəri isə 4,5 dəfə azdır.

Yunanıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,92 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM