satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan kakao məhsulları üzrə ixrac gəlirlərini 74 faiz artırıb

Azərbaycan kakao məhsulları üzrə ixrac gəlirlərini 74 faiz artırıb

Cari ilin yanvar ayında Azərbaycan 10 milyon 414 min dollar dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 22,5 faiz azdır.

Dövlət Gömrük Komitəsindən NTV-yə bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 1 milyon 525,33 min dollar dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə illik müqayisədə 74 faiz artım deməkdir.

Yanvarda kakao və ondan hazırlanan məhsullar üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,07 faizini, idxalı isə ümumi idxalın 0,8 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM