Ötən il Azərbaycan 62,5 milyon ABŞ dolları dəyərində 2 min 28 ədəd elektromobil idxal edib.
NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024 ilin göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 33 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 23,88 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 71 % az) 992 ədəd (-57 %), Almaniyadan 15,2 milyon ABŞ dolları dəyərində (-8 %) 199 ədəd (-15 %), Amerika Birləşmiş Ştatlarından 12,2 milyon ABŞ dolları dəyərində (+20 %) 656 ədəd (+86 %), Böyük Britaniyadan 7,24 milyon ABŞ dolları dəyərində (-20 %) 18 ədəd (-22 %), Avstriyadan 1,69 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 12 ədəd (+4 dəfə) elektromobil alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 3 027 ədəd elektromobilin 76,4 %-i Çinin payına payına düşüb.
