satellite   Azerspace-1: 11135 H 30000

BTC kəməri ilə yanvarda nəql edilən tranzit neftinin həcmi açıqlanıb

BTC kəməri ilə yanvarda nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 2 milyon 731,4 min ton neft nəql edilib.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk ayının göstəricisinə nisbətən 14,9 % azdır.

Ötən dövr ərzində nəqletmənin 77,3 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə ötən il 2 milyon 112 min ton neft ötürülüb. Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,9 % azdır.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,8 %-ni və ya 1 milyon 748,4 min tonunu Azərbaycanda hasil edilən neft, 17,2 %-ini və ya 363,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 9,2 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 7,4 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM