satellite   Azerspace-1: 11135 H 30000

“Bitcoin”in qiyməti 70 min dolları ötüb

“Bitcoin”in qiyməti 70 min dolları ötüb

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki gərginlik fonunda 70 min dolları ötüb.

NTV xəbər verir ki, hazırda qiymət 72 min dollar səviyyəsindədir.

Ekspertlərin fikrincə, makroiqtisadi qeyri-müəyyənlik və Yaxın Şərqdə münaqişənin artması ilə bazarlar getdikcə daha zəif maliyyə şərtləri ilə bağlı gözləntilərə üstünlük verir. “Bitcoin” adətən likvidlik gözləntiləri dəyişdikdə qeyri-mütənasib reaksiya verir. Bu, hazırkı səviyyələrdə artım gücünü izah edir.

Bugünkü qiymət isə “Bitcoin”in 109 min dolları üstələdiyi ötən ilin oktyabrındakı ən yüksək səviyyədən təxminən 40 faizədək aşağıdır. “Bitcoin”in bazar kapitallaşması hazırda təxminən 1,5 trilyon dollardır və bu, onu dünyanın ən böyük kriptovalyutası edir. Dövriyyədə ümumilikdə 17 min 600-dən çox müxtəlif kriptovalyuta var ki, onların da ümumi dəyəri 2,4 trilyon dollardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM