İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını hazırlayıb.
NTV bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb.
Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir, eyni zamanda, iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Dövlət Vergi Xidməti vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir və bu kimi təşəbbüslərin biznes mühitində şəffaflığın artırılmasına töhfə verdiyini vurğulayır", - deyə məlumatda qeyd olunub.
