satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda telekommunikasiya sahəsində kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq

Azərbaycanda telekommunikasiya sahəsində kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq

Azərbaycanda telekommunikasiya xidmətlərinin genişləndirilməsi məqsədilə şəbəkələrin infrastruktur obyektlərində yerləşdirilməsi, kolokasiya və birgə istifadə mexanizmlərinin yaradılması, eləcə də dövlətə məxsus infrastruktur obyektlərinə bərabər çıxış imkanlarının təmin edilməsi ilə bağlı hüquqi baza gücləndiriləcək.

NTV-nin əldə etdiyi məlumata görə, internet telekommunikasiya xidmətlərinin keyfiyyətli və etibarlı göstərilməsi sahəsində tənzimləmə və nəzarəti həyata keçirən qurumların səlahiyyətlərinin dəqiqləşdirilməsi üçün yeni hüquqi çərçivə formalaşdırılacaq.

Bu istiqamətdə normativ hüquqi akt layihələrinin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, telekommunikasiya bazarında sağlam rəqabət mühitinin təmin edilməsi məqsədilə qabaqlayıcı ("ex-ante") tənzimləmə mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu çərçivədə bazar təhlilləri aparılacaq, bazara əhəmiyyətli təsir göstərən təchizatçılar müəyyən ediləcək və onların üzərinə müvafiq tənzimləyici öhdəliklər qoyulacaq.

Bundan əlavə, telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantının təmin edilməsi, həmçinin aktiv və fiziki (passiv) infrastruktura, o cümlədən son mil şəbəkəsinə çıxış imkanlarının genişləndirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunan tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin bu ilin sonuna qədər mərhələli şəkildə həyata keçirməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM