satellite   Azerspace-1: 11135 H 30000

Elektron Təhlükəsizlik Xidməti: Yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb

Elektron Təhlükəsizlik Xidməti: Yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb

Elektron Təhlükəsizlik Xidmətinin Rəqəmsal Təhqiqat Mərkəzinin araşdırması nəticəsində məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb.

Elektron Təhlükəsizlik Xidmətindən (ETX) NTV-yə  bildirilib ki, kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər.

“Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub. Elektron Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib. Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha sistem və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM