satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” ləğv edilib

Naxçıvanda “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” ləğv edilib

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və onun tabeliyində fəaliyyət göstərən “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.

Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğv etmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğv etmə komissiyasının sədri təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM