satellite   Azerspace-1: 11135 H 30000

Birinci rübdə Energetika Nazirliyi tərəfindən 64 icazə verilib

Birinci rübdə Energetika Nazirliyi tərəfindən 64 icazə verilib

2026-cı ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 64 icazə verilib.

Nazirlikdən NTV-yə  bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 55, ixracı üzrə 3 və tranziti üzrə 4 icazə verilib.

Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1, su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı ilə bağlı 1 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM