satellite   Azerspace-1: 11135 H 30000

Birinci rübdə ölkədə 29,7 milyard manatlıq ÜDM istehsal olunub

Birinci rübdə ölkədə 29,7 milyard manatlıq ÜDM istehsal olunub

2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən  NTV-yə  bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 0,2 faiz artıb.

ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib. Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 faiz, sənayedə 0,2 faiz artıb, tikintidə isə 19,8 faiz azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM