satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda yaxın 5 ildə orta illik inflyasiyanın 5 %-dən aşağı olacağı gözlənilir

Azərbaycanda yaxın 5 ildə orta illik inflyasiyanın 5 %-dən aşağı olacağı gözlənilir

Azərbaycanda baza ssenaridə cari il üzrə 5,5 % proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,6 % olacağı gözlənilir.

NTV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsini, eləcə də antiinflyasiya tədbirlərini nəzərə alaraq hazırlayıb.

İllik inflyasiyanın 2027-ci ildə 4,9 %-ə, 2028-2029-cu illərdə 4,7 %-ə enəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM