satellite   Azerspace-1: 11135 H 30000

İxrac edilən neft məhsullarının həcmi 53 faizdən çox artıb

İxrac edilən neft məhsullarının həcmi 53 faizdən çox artıb

2026-cı ilin yanvar-mart aylarında ölkədən 187 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,1 faiz çoxdur.

Bu barədə NTV-yə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd olunub ki, ixrac edilən məhsulların dəyəri 2,3 dəfə artaraq 130,9 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 122,3 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 56,7 milyon dollar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM