satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan süddən hazırlanmış yağların idxalını 26 %-ə yaxın azaldıb

Azərbaycan süddən hazırlanmış yağların idxalını 26 %-ə yaxın azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən min 717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

NTV-yə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 36 milyon 168 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 968 ton (25,6 %)dəyər baxımından isə 17 milyon 552 min ABŞ dolları (32,6 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 0,9 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM