satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın bank sektorunun aktivləri 6 %-ə yaxın artıb

Azərbaycanın bank sektorunun aktivləri 6 %-ə yaxın artıb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 960,8 milyon manat təşkil edib.

NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,7 % çoxdur.

Bankların aktivlərinin 28 milyard 452,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,9 %-dən 49,1 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,9 % artaraq 50 milyard 292,5 milyon manata, o cümlədən depozit portfeli 0,7 % artaraq 37 milyard 568,4 milyon manata çatıb. Bunun 16 milyard 588,3 milyon manatı fiziki, 20 milyard 980,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,5 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 7 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 20 % azalaraq 0,4 milyon manata enib.

Sektorun balans kapitalı isə 11,2 % artaraq 7 milyard 668,3 milyon manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM