Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 milyard 993,9 milyon manatlıq əməliyyat aparılıb.
NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.
İllik göstəricinin 1 milyard 542,2 milyon manatlıq hissəsi ilkin bazarda (2,4 dəfə çox), 11 milyard 451,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,6 % az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 6 262 əqd bağlanılıb. Bu, illik müqayisədə 18,8 % azdır. Əqdlərin 1 407-si ilkin bazarın (76,5 % çox), 4 855-i isə təkrar bazarın (29,7 % az) payına düşüb.
