satellite   Azerspace-1: 11135 H 30000

OPEC-in qlobal neft istehsalındakı payı 36,7 faizə yüksəlib

OPEC-in qlobal neft istehsalındakı payı 36,7 faizə yüksəlib

Keçən il Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal xam neft istehsalındakı payı 36,7 faizə çatıb.

NTV təşkilatın illik hesabatına istinadla xəbər verir ki, 2025-ci ildə OPEC-ə üzv ölkələrin neft istehsalı 2024-cü ilə nisbətən 1 milyon 223 min barel artaraq gündəlik 27 milyon 472 min barel olub. OPEC 2024-cü ildə sutkada orta hesabla 26 milyon 249 min barel neft istehsal etmişdi. Beləliklə, 2024-cü ildə OPEC-in 36,1 faiz olan qlobal xam neft istehsalındakı payı ötən il bir qədər artaraq 36,7 faiz təşkil edib.

Keçən il OPEC-ə üzv olmayan, lakin OPEC+ qrupunda yer alan ölkələrin neft tədarükü 122 min barel artaraq gündəlik 14 milyon 345 min barel olub. Hesabat dövründə OPEC-ə üzv olmayan ölkələrin hasilatı isə əvvəlki illə müqayisədə 896 min barel artaraq sutkada 33 milyon 36 min barelə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM