Naxçıvan Muxtar Respublikasında yazlıq bitkilərin əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3353,3 hektara çatıb.
NTV-nin məlumatına görə, bu günə olan statistik məlumatlara əsasən, əkin sahələrinin strukturunda 1210,6 hektar olmaqla dənli və dənli paxlalılar üstünlük təşkil edir.
Bununla yanaşı, təsərrüfatlarda 863,4 hektarda yemlik bitkilər 585,9 hektarda kartof, 389,7 hektarda dən üçün qarğıdalı, 165,7 hektarda bostan bitkiləri və 123,2 hektarda tərəvəz əkini həyata keçirilib. Cari mövsümdə həmçinin 14 hektar sahədə tütün, 0,8 hektarda isə sarıçiçək əkilib.
Hazırda muxtar respublikada yazlıq bitkilərin əkini davam edir.
