satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb <font color='red'> - YENİLƏNİB </font>

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

 

Bu barədə NTV-yə  "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

09:23

 

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Bu barədə  NTV  "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM