Dünya əhalisinin demək olar ki, yarısı gündə 7 ABŞ dollarından az gəlirlə yaşayır, yetkin yaşlı əhalinin isə 93 faizinin rəsmi mənzil maliyyələşdirilməsinə çıxış imkanı yoxdur.
NUHÇIXANNTVkeçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: Qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.
Vitse-prezident diqqətə çatdırıb ki, inkişaf etməkdə olan iqtisadiyyatlarda torpaq sahələrinin təxminən 70 faizinin qeydiyyatdan keçmədiyi təxmin edilir: “Milli və yerli hökumətlərin əksəriyyətinin bu problemi təkbaşına həll etmək üçün nə kifayət qədər potensialı, nə də maliyyə resursları var. Əslində, onlar bu çətinliyin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində də deyillər. Buna görə də qlobal mənzil probleminin həlli üçün özəl kapital və investisiyaları səfərbər edən, eyni zamanda, səmərəli dövlət siyasəti ilə dəstəklənən genişmiqyaslı mexanizmlərin qurulmasına ehtiyac var”.
