Torpaq planlaşdırılması, maliyyə və dövlət siyasəti bir-birilə uzlaşırsa biz mənzil əlçatanlığına nail ola bilərik.
NTV xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırma naziri Tamara Marin Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
“Uruqvayda biz inklüzivlik və əlçatanlıq haqqında danışanda, ilk növbədə torpaq və torpaq planlaşdırılması məsələsini qaldırmalıyıq. Çalışırıq ki, mənzil vahidlərinin kəsirini kağızda həll edək. Biz həll etməsək, ayrı-seçkilik olacaq. Torpaq planlaşdırılması, maliyyə və dövlət siyasəti bir-birilə uzlaşırsa biz mənzil əlçatanlığına nail ola bilərik. Uruqvayda biz icmalarla işləyən komissiyalar, layihələndiricilər yaradırıq”, - deyə uruqvaylı nazir qeyd edib.
