satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 28 %-dən çox artıb

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 28 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manat olub.

NTV  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çoxdur.

İndiyə qədər bölgədə 3 347 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 5 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 113 935 ədəd yeni nəsil NKA quraşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM