satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan iqtisadiyyatına 131 milyon manatdan çox investisiya qoyulub

Naxçıvan iqtisadiyyatına 131 milyon manatdan çox investisiya qoyulub

Bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 131 milyon 696 min 500 manat investisiya yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu, bir il öncəki göstəricidən 23,1 faiz çoxdur. İnvestisiyanın 54 milyon 498 min 400 manatı və ya 41,4 faizi məhsul istehsalı sahələrinə, 17 milyon 293 min 800 manatı və ya 13,1 faizi xidmət sahələrinə, 59 milyon 904 min 300 manatı və ya 45,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 118 milyon 686 min 200 manatı və ya 90,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM