satellite   Azerspace-1: 11135 H 30000

Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib

Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib

Bakıda itkin düşmüş şəxslərin tapılması üçün tədbirlərin intensivliyinin artırılması üçün tapşırıqlar verilib.

NTV  xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Əməliyyat müşavirəsində bununla bağlı tapşırığı Bakı şəhər prokuroru verib.

Bundan başqa, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM