satellite   Azerspace-1: 11135 H 30000

Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib - FOTOLAR

Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib<font color=red> - FOTOLAR</font> Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib<font color=red> - FOTOLAR</font> Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində “Badamlı Mineral Sular” MMC-də görüş keçirilib.

“Badamlı Mineral Sular” MMC-nin içraçı direktoru Azad Həsənov müəssisə haqqında, o cümlədən istehsal prosesinin mərhələləri, məhsul çeşidləri, istehsal gücü və həcmi barədə məlumat verib.

Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklərdən bəhs edib, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda  biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM