satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda nə qədər adamın bankı var?

Azərbaycanda nə qədər adamın bankı var?

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, ölkədə 223 mindən çox vətəndaşın banklarda müddətli əmanəti var. Yəni, əhalinin 2,2%-i bank əmanətçisidir (kartda pul saxlayanlar bura aid deyil).

NTV xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

"Açıqlanmalı olan daha bir maraqlı məlumat isə nə qədər adamın banklarda payının olmasıdır. Azərbaycanın aparıcı bankları olan, səhmlərini kütləvi təklif üsulu ilə yerləşdirmiş - dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC və "PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" ASC müvafiq olaraq təxminən 28 min və 18 min səhmdarının olduqlarını bəyan edirlər. Amma bu o demək deyil ki, ölkədə azı 46 min insan bank səhmdarıdır və yaxud bankı var. Çünki, bir adamın əlində bir neçə bankın səhmi ola bilər (belələrini şəxsən tanıyıram). Dəqiq rəqəmi səhm sahiblərinin qeydiyyatını aparan Milli Depozit Mərkəzi açıqlaya bilər. Yalnız bundan sonra biz əhalinin hansı hissəsinin bank sahibi olduğunu müəyyən edə bilərik", - deyə ekspert əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM