satellite   Azerspace-1: 11135 H 30000

"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib

"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib

Bu gün Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində (Naxçıvan OİK) "Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi təşkil olunub.

NTV xəbər verir ki, idmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi "Face to face" görüşlərində üz-üzə gəliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, "Levent Bulut – Naxçıvan" Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə 17 klubdan 144 idmançı iştirak edəcək. Yarışın döyüşləri sentyabrın 6-da Naxçıvan OİK-də keçiriləcək.

Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Görüşlərin sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM