satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın gələcəkdə qlobal bazarlar üçün əvvəlki əhəmiyyətini itirə biləcəyini bildirib.

NTV xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Hörmüz boğazına alternativ marşrutların yaradıldığını deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə yeni neft kəmərləri tikilir, həmçinin Suriya ərazisindən avtomobil nəqliyyatı ilə neft daşınması genişlənir.

Tramp vurğulayıb ki, Hörmüz boğazından enerji daşıyıcılarının nəqlindən asılılığı azaltmaq üçün regionda müxtəlif alternativlər hazırlanır.

Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz tədarükünün isə 20 faizə yaxını Hörmüz boğazından həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM