satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb

ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb

ABŞ-də dizel yanacağının pərakəndə satış qiyməti tarixi rekord göstəriciyə yüksəlib.

NTV xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında deyilir.

Məlumata görə, ölkə üzrə dizelin orta satış qiyməti bir qallon üçün 5,85 dollara yüksəlib. Beləliklə də qiymət Rusiya-Ukrayna müharibəsi fonunda yaşanan enerji böhranı zamanı, 2022-ci ilin iyun ayında qeydə alınan 5,816 dollarlıq tarixi rekordu yeniləyib.

Ekspertlərin fikrincə, qiymət artımı ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinin və qlobal təchizat çatışmazlığının davam etməsinin enerji bazarlarını sarsıtması fonunda baş verir. Bununla da ABŞ-də enerji ilə əlaqəli inflyasiyanın daha da artması riskini yaranıb. Dizeldəki qiymət artımının nə vaxtadək davam edəcəyi bəlli deyil.

ABŞ-də dizellə yanaşı, distillə edilmiş yanacaq ehtiyatları da ilin bu dövrü üçün ən aşağı səviyyədədir. Yayın sonu üçün dizel idxalı orta səviyyədən aşağıdır, ixrac isə yüksək olaraq qalır.

Yaxın Şərqdəki münaqişə, eləcə də Rusiya-Ukrayna müharibəsi və qlobal inflyasiya səviyyəsinin yüksələcəyi ilə bağlı gözləntilər il ərzində yanacaq qiymətlərinin artmasına səbəb olub. Dizelin əsas təchizatçı olan Rusiya neft emalı zavodlarına hücumlardan sonra ixracı məhdudlaşdırıb. Nəticədə dizel yanacağının qiymətləri ikiqat artıb. Dizel 2026-cı il üçün Bloomberg Əmtəə İndeksində fyuçers müqavilələri üzrə ən yüksək göstəriciyə çatan məhsullar sırasında yer alıb.

ABŞ Prezidenti Donald Tramp ABŞ isə ölkədəki neft emalı zavodlarında dizel və benzin istehsalının artırılmasını tapşırıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp amerikalılar üçün benzin qiymətlərinin düşməsini istədiyini açıq şəkildə bildirib və rəsmilərdən tutumun necə artırıla biləcəyini soruşub.

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” dizel bazarındakı gərginliyi vurğulayan banklar arasındadır. Banka görə, Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına edilən hücumların onsuz da gərgin olan qlobal bazarı daha da gərginləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM