Sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, "Levent Bulut – Naxçıvan" Döyüş Klubunun təşkilatçılığı ilə kikboksinq turniri keçiriləcək.
NTV xəbər verir ki, ikinci dəfə təşkil olunan "Levent Bulut Fight Night – Nakhchivan" turnirində Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar.
Uşaq, yeniyetmə, gənclər və böyüklər arasında baş tutacaq yarışda həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Sonda fərqlənən idmançılar mükafatlandırılacaqlar.
Turnir saat 10:00-da Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində start götürəcək. Turnirin rəsmi açılış mərasimi saat 15:00-da keçiriləcək.
Yarışdan bir gün əvvəl – sentyabrın 5-də, saat 15:00-da isə eyni məkanda idmançıların çəkiölçmə mərasimi təşkil olunacaq. İdmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi "Face to face" görüşlərində üz-üzə gələcəklər.
