Əmtəə birjalarında qızılın qiyməti həftəni orta səviyyədə artımla tamamlamağa hazırlaşır.
NTV xəbər verir ki, qızılın qiyməti sentyabrın 1-də kəskin azaldıqdan sonra növbəti günlərdə qazancı bərpa edib. Hazırda Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 4468 dollar civarındadır.
Ekspertlərin fikrincə, qiymət təzyiqləri azalma əlamətləri göstərməyə davam edərsə, bu, faiz dərəcələrinin dəyişməz qalmasını dəstəkləyə bilər. Zəifləyən dollar, dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.
“Citigroup”un analitikləri qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.
“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.
