satellite   Azerspace-1: 11135 H 30000

Dəmir Yolları: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb

Dəmir Yolları: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.

QSC-dən NTV-yə  bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 faiz artım qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:32 04.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM