satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Bu il aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində “ROOF Academy” tərəfindən istedadlı şagirdlər üçün yeni bir təqaüd layihəsinə start verilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında təhsil alan 6–11-ci sinif şagirdləri informatika, biologiya, kimya və riyaziyyat fənləri üzrə sistemli olimpiada hazırlığı alacaq.

Bu layihənin məqsədi muxtar respublikada təhsil alan şagirdlərin potensialının inkişafına və Respublika Fənn Olimpiadalarında (RFO) yüksək nəticələr əldə etməsinə dəstək olmaq, həmçinin şagirdlərin yerli və beynəlxalq olimpiadalarda uğur qazanması üçün güclü təməl yaratmaqdır.

Sentyabrın 10-da keçiriləcək seçim imtahanında yalnız ötən tədris ilində ümumrespublika və Naxçıvan Muxtar Respublika səviyyəsində keçirilən yarışlarda uğurlu nəticə göstərmiş şagirdlərin iştirakı nəzərdə tutulur.

Layihə 2 il davam edəcək və olimpiada formatlı onlayn tədris, aylıq sınaq imtahanları və fərdi inkişafın izlənməsi ilə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:32 04.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM