satellite   Azerspace-1: 11135 H 30000

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib.

Dövlət İmtahan Mərkəzindən NTV-yə bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin boş qalan 1760 plan yerinə 390 nəfər, o cümlədən 167 subbakalavr qəbul olunub.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 min 244 nəfər qəbul edilib. Nəticələrə əsasən, orta ixtisas təhsili müəssisələri üzrə plan yerlərinin 87,92 faizi dolub, 2231 (12.08 faiz) isə boş qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM