satellite   Azerspace-1: 11135 H 30000

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə (kolleclər) 11 illik təhsil bazasında tələbə qəbulunun xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən NTV-yə bildirilib ki, xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə isə 932 plan yerindən 755-i tutulub. Qəbul faizi 81,01 faiz olub, 177 yer (18,99 faiz) boş qalıb.

Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar üzrə 17 min 543 plan yerinə 15 min 489 nəfər qəbul olunub. Qəbul faizi 88,29 faiz təşkil edib, 2054 yer (11,71 faiz) boş qalıb.

Ümumilikdə, 18 min 475 plan yerindən 16 min 244-ü dolub. Qəbul faizi 87,92 faiz təşkil edib, 2231 yer (12,08 faiz) vakant qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM