satellite   Azerspace-1: 11135 H 30000

Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək

Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək

Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin milli komandadakı karyerasına vida etməsi münasibətilə ölkə üzrə xüsusi tədbir təşkil edəcək.

NTV xəbər verir ki, AFA-nın qərarına əsasən, həftəsonu keçiriləcək bütün yerli çempionat oyunlarında 10-cu dəqiqədə qarşılaşma dayandırılacaq və argentinalı futbolçuya bir dəqiqəlik alqışla ehtiram göstəriləcək.

Bu qərar ölkənin kişi və qadın futbolunun bütün divizionlarına, eləcə də müxtəlif futbol yarışlarına şamil olunacaq.

AFA, həmçinin klublara stadionların ekranlarında Lionel Messinin yığmadakı çıxışlarından görüntülərin nümayiş etdirilməsini tapşırıb.

Qeyd edək ki, 39 yaşlı Lionel Messi Argentina millisində 125 qol vuraraq komandanın tarixində ən məhsuldar futbolçu olub. O, 2022-ci ildə dünya çempionu olmaqla Argentina ilə bu turnirdə 36 illik həsrətə son qoyub.

Messi 2026-cı il dünya çempionatının İspaniyaya qarşı final matçının milli komanda forması ilə son oyunu olduğunu açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM