satellite   Azerspace-1: 11135 H 30000

Vyetnamda 11 nəfər ölüm cəzasına məhkum edilib

Vyetnamda 11 nəfər ölüm cəzasına məhkum edilib

Vyetnam məhkəməsi ölkə tarixinin ən böyük narkotrafik işlərindən biri üzrə 11 nəfəri ölüm cəzasına məhkum edib.

NTV "Reuters"ə istinadən verdiyi məlumata görə, ölüm hökmlərini Hoşimin Xalq Məhkəməsi çıxarıb.

Məlumata görə, iş üzrə ümumilikdə 227 nəfər təqsirləndirilən şəxs qismində keçir.

İş 2023-cü ilin martında Tanşonnyat beynəlxalq hava limanında baş vermiş insidentdən sonra başlanılıb. Parisdən gələn "Vietnam Airlines" şirkətinin dörd stüardessası 157 ədəd diş pastasının içində gizlədilmiş 10 kiloqramdan çox narkotik maddə daşıyıb.

Sonradan hüquq-mühafizə orqanları müəyyən ediblər ki, qadınlar daşıdıqları baqajın içindəkilərdən xəbərsiz olublar.

Qruplaşma üzvləri narkotiklərin Vyetnamın cənubunda yayılması üçün şifrələnmiş messencerlərdən, başqalarının adlarına qeydiyyatdan keçmiş bank hesablarından və kuryer xidmətlərindən istifadə ediblər.

Bu işin daha ən azı 20 fiqurantı ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM