Qırğızıstan Prezidenti Sadır Japarov sabiq baş prokuror Maksat Asanaliyevin Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi barədə fərman imzalayıb.
NTV xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Maksat Asanaliyev Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib", - məlumatda bildirilib.
Ötən gün Qırğızıstan parlamenti M.Asanaliyevin Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyinatını dəstəkləyib.
