satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

ABŞ-nin sutkalıq xam neft istehsalı artır.

NTV ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 19 min barel artaraq sutkada orta hesabla 13 milyon 862 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı isə əvvəlki həftəyə görə 612 min barel artaraq sutkalıq 6 milyon 770 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 691 min barel artaraq gündəlik 4 milyon 483 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 800 min barel olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM