satellite   Azerspace-1: 11135 H 30000

Berlin və Bakı enerji sahəsində əməkdaşlığı müzakirə edəcək

Berlin və Bakı enerji sahəsində əməkdaşlığı müzakirə edəcək

Almaniya və Azərbaycan bu ilin dekabrında enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

NTV xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Yuliya Eqel "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri" mövzusunda keçirilən vebinarda deyib.

O qeyd edib ki, Almaniya dekabrda enerji sektorunu təmsil edəcək biznes nümayəndə heyətinin Bakıya səfərinin təşkilini planlaşdırır:

"Proqram çərçivəsində Azərbaycanın Energetika Nazirliyinin nümayəndə heyəti ilə görüşün keçirilməsi və birgə fəaliyyət imkanlarının müzakirə edilməsi nəzərdə tutulub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM