Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.
NTV xəbər verir ki, bu barədə AEM-dən bildirib.
Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.:
"Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".
