satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

NTV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lusien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM