satellite   Azerspace-1: 11135 H 30000

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 7 nəfər aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 6 patron darağı, 1 mərmi və 253 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:32 04.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM