satellite   Azerspace-1: 11135 H 30000

Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib

Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib

Qambiyadan Kanar adalarına yola çıxan qayıqda 80-dən çox miqrant həyatını itirib.

NTV yerli mətbuata istinadla xəbər verir ki, qayıq avqustun 7-də Qambiyadan 128 nəfərlə yola çıxıb. Sentyabrın 2-də Böyük Kanariya adasının təxminən 100 kilometrliyində aşkarlanan qayıqdan 44 sağ qalan şəxs və 5 nəfərin meyiti çıxarılıb.

Sərnişinlərin dörd həftə dənizdə qaldığı və sağ qalanların ciddi şəkildə zəiflədiyi bildirilir. Onların Qambiya və Mali vətəndaşları olduğu qeyd edilir.

Kanar adalarına aparan Atlantik marşrutu Avropaya gedən ən təhlükəli miqrasiya yollarından biridir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə bu marşrutda 1214 miqrant ölüb və ya itkin düşüb. 2026-cı ilin əvvəlindən isə Qərbi Afrika və Atlantik marşrutunda 345 ölüm və itkinlik qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:32 04.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM