satellite   Azerspace-1: 11135 H 30000

NBA klubuna ağır cəza verilib

NBA klubuna ağır cəza verilib

ABŞ-nin Milli Basketbol Assosiasiyası (NBA) maaş limiti qaydalarının pozulması səbəbindən “Los-Anceles Klippers” klubunu cəzalandırıb.

NTV NBA-ya istinadən xəbər verir ki, klub 2029, 2030, 2031, 2032 və 2033-cü illərin draftlarında ilk tur seçim hüquqlarını itirib.

Bundan əlavə, Los-Anceles təmsilçisinə 30 milyon ABŞ dolları məbləğində cərimə tətbiq olunub.

Klubun sahibi Stiv Balmer qaydaların pozulmasına bilərəkdən şərait yaratdığı və komandanın liqa tələblərinə əməl etməsini təmin etmədiyi üçün bir il müddətinə NBA-dan və klubun bütün fəaliyyətlərindən uzaqlaşdırılıb.

Komanda növbəti 5 il ərzində NBA-nın xüsusi nəzarəti altında olacaq.

“Los-Anceles Klippers”in basketbolçusu Kavay Leonard 700 min dollar məbləğində cərimələnib. Onun meneceri Dennis Robertson isə klubun qaydaları pozması üçün təzyiq göstərdiyinə görə NBA ilə bağlı bütün fəaliyyətlərdən 5 il müddətinə uzaqlaşdırılıb.

Qeyd edək ki, araşdırma Kavay Leonardın 2022-ci ildə “Los-Anceles Klippers”ə keçidi ilə bağlı maaş limitindən yayınma iddiaları əsasında aparılıb. Klub nəticələrlə razılaşmadığını, sanksiyalara etiraz edəcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:32 04.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM