satellite   Azerspace-1: 11135 H 30000

Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib - FOTOLAR

Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib<font color=red> - FOTOLAR</font> Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib<font color=red> - FOTOLAR</font> Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib<font color=red> - FOTOLAR</font> Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib<font color=red> - FOTOLAR</font> Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib<font color=red> - FOTOLAR</font>

Ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın və səmərəli elmi-praktik dialoqun inkişaf etdirilməsi, müasir və qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ailə institutunun hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə sentyabrın 4-də Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib.

NTV xəbər verir ki, Çağ Universiteti, “İnjuria” Hüquq Platforması, Hüquq və İnsan Haqları İnstitutu və Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans ailə hüququ sahəsində fəaliyyət göstərən hüquqşünasları, hakimləri, vəkilləri, mediatorları elm və təhsil ictimaiyyətini, eləcə də Milli Məclisin deputatlarını və dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını bir araya gətirib.

Hüquq və İnsan Haqları İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əlaqələrin möhkəmləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu formatda keçirilən görüşlər ailə hüququnun aktual məsələlərinin müzakirəsi, peşəkar dialoqun inkişafı və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Çağ Universitetinin rektoru professor Murat Koç Mersin və Ankara şəhərlərində keçirilmiş I və II Beynəlxalq Ailə Hüququ konfranslarının davamı olaraq Bakıda təşkil olunan III Beynəlxalq Ailə Hüququ Konfransının ailə hüququnun aktual məsələlərinin beynəlxalq müstəvidə müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib. Rektor bu cür elmi tədbirlərin Azərbaycan ilə Türkiyə arasında hüquq sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

“İnjuria” Hüquq Platformasının direktoru Kəmalə Məmmədova çıxışında ailə hüququ sahəsində müasir çağırışlar nəzərə alınmaqla birgə elmi-praktik fəaliyyətin genişləndirilməsinin, habelə hüquq mütəxəssisləri arasında davamlı peşəkar fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.

Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun rəhbəri Sahra Düzgün Tucel, Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar Fatma Yıldırım və Bəhruz Məhərrəmov çıxışlarında ailə hüququnun müasir inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq, qadın və uşaq hüquqlarının təmin edilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə diqqət yetiriblər.

Panel sessiyalarında ailə hüququnun aktual məsələləri, müasir yanaşmalar və mövcud hüquqi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransa 4 ölkədən ümumilikdə 87 iştirakçı qatılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM