satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Levent Bulut Fight Night – Nakhchivan” kikboksinq turniri keçiriləcək

Naxçıvanda “Levent Bulut Fight Night – Nakhchivan” kikboksinq turniri keçiriləcək

NTV xəbər verir ki, sentyabrın 6-ı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, “Levent Bulut – Naxçıvan” Döyüş Klubunun təşkilatçılığı ilə “Levent Bulut Fight Night – Nakhchivan” kikboksinq turniri keçiriləcək.

İkinci dəfə təşkil olunan yarışda Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Yarışın sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.

Turnir saat 10:00-da Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində start götürəcək. Turnirin rəsmi açılış mərasimi saat 15:00-da keçiriləcək.

Yarışdan bir gün əvvəl – sentyabrın 5-i saat 15:00-da isə eyni məkanda idmançıların çəkiölçmə mərasimi təşkil olunacaq. İdmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi “Face to face” görüşlərində üz-üzə gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM