satellite   Azerspace-1: 11135 H 30000

Bu il ali təhsil müəssisələrinin 13-də plan yeri 100% dolub

Bu il ali təhsil müəssisələrinin 13-də plan yeri 100% dolub

Bu il tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100% dolub.

NTV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.

Bildirilib ki, ali təhsil müəssisələrinin 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir.

Həmçinin qeyd olunub ki, ali təhsil müəssisələrində plan yerlərinin təxminən 98%-i dolub.

"Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97,71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb", - DİM sədri yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM